Narkotiklə tutuldu, digər cinayəti üzə çıxdı

  11 Avqust 2020    Oxunub : 1359
Narkotiklə tutuldu, digər cinayəti üzə çıxdı
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tutulmuş rayonun Ərçivan qəsəbə sakini R.Mirzəyevin ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun qohumu olan şəxsin evindən oğurluq etdiyi də müəyyən edilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, aparılan araşdırmalarla R.Mirzəyevin Ərçivan qəsəbə sakini H.Hüseynova məxsus yaşayış evindən 1500 manat pul oğurladığı məlum olub.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN