Keçmiş məhkumdan 8 kq-dan çox narkotik götürüldü

Keçmiş məhkumdan 8 kq-dan çox narkotik götürüldü
  11 Avqust 2020    Oxunub:2729
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qaraçuxur qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Tağıyev Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Suraxanı rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 130 qram heroin, 171 qramdan artıq tiryək və 1 ədəd elektron tərəzi aşkarlanıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı əlavə 7 kiloqram 66 qram heroin və 1 kiloqram tiryək də aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti