“Canavar” ləqəbli narkotacir və alıcıları tutuldu
Bundan başqa, RPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini Dilqəm Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib və onun üzərinə keçirilmiş baxış zamanı 13.533 qram narkotik vasitə olan həşiş və 0.676 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Rayon Polis Şöbəsinin daxil olmuş məlumat əsasında keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində, qanunsuz olar narkotik vasitə əkib-becərməkdə şübhəli bilinən rayonun sakini, əvvəllər məhkum olunmuş 45 yaşlı Ömər Rzayevin Yuxarı Seyfəli kənd ərazisindəki həyatyanı sahəsinə keçirilən baxış zamanı oradan 5 ədəd ümumi çəkisi 12 kq 400 qram olan çətənə bitkiləri aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.
Faktlarla bağlı araşdırma aparılır.
Azvision.az
Teqlər: Şəmkir Narkotacir