İmişli sakini iki nəfəri bıçaqladı, biri öldü
İlkin araşdırmalarla İmişli rayon sakini 1984-cü il təvəllüdlü Pünhan Hüseynovun həmin gün saat 20 radələrində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Səbuhi Əmirahova bıçaqla xəsarətlər yetirib qəsdən öldürməyə cəhd etməsinə, sonuncunun qohumu Amid Əmirahova isə bıçaqla bədən xəsarətləri yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb. Pünhan Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Azvision.az