Pirşağının bütün küçələri təmir edilir
Aparılan genişmiqyaslı tədbirlər zamanı artıq qəsəbə üzrə 6 ünvanda təmir işləri aparılaraq yekunlaşdırılıb. Bu Bakıxanov, İsmayıl Şıxlı, Dəniz və Sahil küçələri, həmçinin Əli Ağazadə 1-ci və 2-ci döngələrdir. Təmir olunan küçələrin ümumi uzunluğu 8930 metr, sahəsi isə 52 min kv.m-dir.
Hazırda isə Pirşağı qəsəbəsi üzrə təmir işləri 7 küçədə davam etdirilir. Bu Elbəy Rzaquliyev, Zülfi Adıgözəlov və Məhəmməd Füzuli küçələri, həmçinin dalanları ilə bərabər Xan Şuşinski və Məmməd əmin Rəsulzadə küçələridir. Sözügedən küçələrin ümumi uzunluğu 11 700 metr təşkil edir.
Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir.Ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür.
Aparılan yenidənqurma işlərinin yekunlaşması ardıcıllığına uyğun Sabunçu rayonu Pirşağı qəsəbəsi üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir-tikinti işlərinin aparılması nəzərdə tutulub.
Azvision.az
Teqlər: Pirşağı Yol Təmir AAYDA