Dörd evdən 34 minlik oğurluq edənlər tapıldı

  12 Avqust 2020    Oxunub : 2419
Dörd evdən 34 minlik oğurluq edənlər tapıldı
Abşeron rayon ərazisindəki 4 evdən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən ümumilikdə 650 manat, 5600 dollar, 100 avro pul, 24000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Aşağı Güzdək qəsəbə sakini Y.Əsgərov və Bakı şəhər sakini E.Əhmədov saxlanılıblar.

Azvision.az

Teqlər: DİN