“Mercedes” traktora çırpılıb, ölən və yaralılar var

  12 Avqust 2020    Oxunub : 2282
“Mercedes” traktora çırpılıb, ölən və yaralılar var
Avqustun 11-də saat 17 radələrində Kürdəmir rayonunun Sovla kəndi ərazisində Zərdab rayon sakini E.Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış kənd sakini Oruc Qurbanova məxsus “T-28” markalı traktora vurub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə E.Əzizovun sərnişini, həmyerlisi Tubu Ömərova hadisə yerində ölüb, özü və 2 sərnişini isə xəstəxanaya yerləşdirilmib.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN