BNA-dan yanan avtobusla bağlı açıqlama

BNA-dan yanan avtobusla bağlı açıqlama
  13 Avqust 2020    Oxunub:2360
Bu gün səhər saat 7 radələrində "Çinar-Trans" MMC-yə məxsus 99 JK 763 (Dövlət Qeydiyyat Nişanlı) sərnişin avtobusunda yanğın hadisəsi olub.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, hadisə avtobus Zığ yolu-Hava limanı istiqamətində hərəkətdə olan zaman baş verib.

"Yanğın vaxtı avtobus müntəzəm və ya ekspres marşrut xətti üzrə fəaliyyətdə olmayıb. Sürücü tək olub və o, hər hansı bir xəsarət almayıb".

Azvision.az



Teqlər: Avtobus   Yanğın  





Xəbər lenti