Ukraynaya gedən yük maşınında tiryək aşkarlanıb
Ukrayna Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi saxlanılıb və “Volter” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə yoxlama həyata keçirilib. Bu zaman xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun ətraflarına reaksiya verib.
Baxış zamanı “kişmiş” yükünün içərisində gizlədilən xırda formalarda, ümumi çəkisi 5 kiloqram 200 qram olan qara rəngli, kəskin iyli narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az
Teqlər: DGK