Bakı Limanından 27 nəfər Qazaxıstana yola salınıb

 Bakı Limanından 27 nəfər Qazaxıstana yola salınıb
  14 Avqust 2020    Oxunub:3047
COVID19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 16 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 11 Azərbaycan vətəndaşı bu gün Qazaxıstana yola salınıb.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən (Bakı Limanı) Azvision.az -a verilən məlumata görə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Merkuri 1” bərə gəmisi ilə yola salınan vətəndaşlar hər zaman olduğu kimi ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən “Kurık” limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 4 ay ərzində isə ümumilikdə 194 Qazaxıstan vətəndaşı və 111 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.

Azvision.az



Teqlər: Liman   Qazaxıstan  





Xəbər lenti