Qanunsuz ağac kəsən şəxsin işi prokurorluğa göndərildi

Qanunsuz ağac kəsən şəxsin işi prokurorluğa göndərildi
  14 Avqust 2020    Oxunub:2774
Abşeron rayonu, Novxanı kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Azvision.az xəbər verir ki, bu barədə xidmətin rəis müavini Ramal Bağırov bildirib.

O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı Kərim Kərimov küçəsində 10 sərv ağacının kəsildiyi, 5 sərv ağacının isə budandığı məlum olub:

"Araşdırma zamanı ağacların kənd sakini Solmaz Fətəliyevanın göstərişi ilə kəsildiyi və təbiətə 1 960 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Abşeron rayon Prokurorluğuna göndərilib”.

Azvision.az


Teqlər: ETSN   Ağac  





Xəbər lenti