Axtarışda olan 19 nəfər saxlanılıb

  14 Avqust 2020    Oxunub : 2277
Axtarışda olan 19 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 19 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Azvision.az

Teqlər: DİN