Cavid Paşayev koronavirusdan sağaldı

 Cavid Paşayev koronavirusdan sağaldı
  15 Avqust 2020    Oxunub:5004
Koronavirusa yoluxaraq Mərkəzi Gömrük Hospitalında müalicə alan Tibb Univerisitetinin Tədris Cərrahiyyə Kilinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayev sağalıb.
Azvision.az -ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, həkim bu gün evə yola salınacaq: "O, bu xəstəliyi çox ağır şəkildə keçirdi. Onun səhhətini nəzarətə götürdüyü üçün Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkür edirik".

Xatırladaq ki, C.Paşayevin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altında idi.

Azvision.az


Teqlər: Həkim   Koronavirus  





Xəbər lenti