Neftçalada çətənə yetişdirən şəxs saxlanıldı

Neftçalada çətənə yetişdirən şəxs saxlanıldı
  15 Avqust 2020    Oxunub:4225
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Neftçala RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Aşağı Qaramanlı kənd sakini Abasət Hüseynov saxlanılıb.

A.Hüseynovun kənd ərazisindəki evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 26 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Faktla bağlı Neftçala RPŞ-də araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Neftçala   Narkotik  





Xəbər lenti