Ərlə arvadı ölümlə hədələyən şəxs tutuldu

Ərlə arvadı ölümlə hədələyən şəxs tutuldu
  19 Avqust 2020    Oxunub:3635
Şamaxı rayonunda xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a bildirilib ki, Şamaxı Rayon Polis Şöbəsinə avqustun 18-də Nağaraxana kəndi ərazisində kənd sakini E.Babayevin xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açaraq həmkəndliləri Ə.Cavadovu və onun həyat yoldaşını hədələməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə E.Babayev saxlanılıb.

Ondan müvafiq sənədləri olan “İJ-27” markalı ov tüfəngi götürülüb.

Azvision.az


Teqlər: Şamaxı   DİN  





Xəbər lenti