Bakı sakinindən 10 kq narkotik götürülüb

Bakı sakinindən 10 kq narkotik götürülüb
  20 Avqust 2020    Oxunub:2401
Bakı sakinindən külli miqdarda narkotik götürülüb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının A.Cəbrayılzadənin paytaxtın Nizami rayonunda yaşadığı mənzilə keçirdikləri baxış zamanı 2 kiloqram 511 qram heroin, 2 kiloqram 940 qram həşiş, 1 kiloqram 160 qram tiryək, 427 qram metamfetamin və 3 kiloqram 505 qram marixuana aşkarlanaraq götürülüb.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti