Əmək yarmarkasında 43 nəfər işlə təmin olunub

Əmək yarmarkasında 43 nəfər işlə təmin olunub
  22 Avqust 2020    Oxunub:2423
Naxçıvan şəhərində keçirilən əmək yarmarkasında işaxtaranlara, ümumilikdə 64 müəssisədən 694 boş iş yeri təqdim edilib.
Azvision.az xəbər verir ki, 43 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 15 nəfərin peşə kurslarına, 4 nəfərin özünüməşğulluq proqramına, 6 nəfərin isə haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Əmək yarmarkasında sosial könüllülər də vətəndaşlara boş iş yerləri ilə bağlı zəruri informasiyaların verilməsində köməklik göstəriblər.



Ümumilikdə muxtar respublikda bu ay keçirilən yarmarkalarda 212 müəssisədən vakansiyaya çıxarılmış iş yerlərinə 223 göndəriş verilib, 39 nəfər peşə kurslarına, 53 nəfər özünüməşğulluq proqramına, 25 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilmək məqsədilə qeydiyyata alınıb.

Qeyd edək ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin olunması diqqətdə saxlanılır.

Azvision.az


Teqlər: Naxçıvan   Əmək   Yarmarka   İşaxtaran  





Xəbər lenti