Müsavatın qərargahından oğurluq edənlər tutuldu

Müsavatın qərargahından oğurluq edənlər tutuldu
  02 Sentyabr 2020    Oxunub:2474
Bakının Binəqədi rayonu Ş.Məmmədova küçəsi 30/97 ünvanında “Müsavat” partiyasının yerləşdiyi binadan 2 ədəd kondisioner oğurlayan dəstə üzvləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Binəqədi Rayon Polis İdarəsi və 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, hər biri əvvəllər məhkum olunmuş Zəngilan rayon sakinləri Toğrul Babayev, Məhəmməd Məmmədov və Qubadlı rayon sakini Elnur Əhmədov tutulublar. Həmin şəxslərdən oğurluq yolla əldə etdikləri kondisionerlər aşkar edilərək maddi sübüt kimi götürülüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Azvision.az


Teqlər: Müsavat   Partiya   Oğurluq  





Xəbər lenti