132 yeni yoluxma qeydə alındı, 155 nəfər sağaldı

132 yeni yoluxma qeydə alındı, 155 nəfər sağaldı
  04 Sentyabr 2020    Oxunub:5049
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 031 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 419 nəfər müalicə olunaraq sağalıb, 543 nəfər vəfat edib, aktiv xəstə sayı 2069 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7048, ötən müddət ərzində isə ümumilikdə 949 313 test aparılıb.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Koronavirus  





Xəbər lenti