Uşaq bağçasından 24 minlik oğurluq edildi

Uşaq bağçasından 24 minlik oğurluq edildi
  11 Sentyabr 2020    Oxunub:2373
Bakıda uşaq bağçasında oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 1-dən 9-dək olan müddətdə M.Naxçıvani küçəsindəki uşaq bağçalarının birindən 24 420 manat dəyərində məişət əşyaları, pianino, kompyüter, çılçıraq, 13 ədəd istilik radiatoru, 6 ədəd şəkil, 2 ədəd kondisioner və 5 ədəd müşahidə kamerası oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Hüseynzadə saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti