Orduya yığılan vəsait açıqlandı

   Orduya yığılan vəsait açıqlandı
  03 Oktyabr 2020    Oxunub:2617
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il oktyabrın 1-dək 120.106.408,24 AZN, 218.680,68 ABŞ dolları, 18.341,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Azvision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, sentyabrın 1-dən oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 6.691.593,07 AZN və 5102.8 dollar vəsait daxil olub.

Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.

Azvision.az


Teqlər: Ordu   Vəsait  





Xəbər lenti