İşğaldan azad olunan sərhəd zastavaları üzərində bayrağımız ucaldıldı - VİDEO+FOTOLAR

  16 Oktyabr 2020    Oxunub : 3873
 İşğaldan azad olunan sərhəd zastavaları üzərində bayrağımız ucaldıldı -  VİDEO+FOTOLAR
Azərbaycan-İran dövlət sərhədinin Ermənistan silahlı qüvvələ­ri­nin işğalı atında olan 132 km-lik hissəsinin azad edilmə­sinə başla­nıl­ması Azərbaycan sərhədçiləri tərəfindən böyük sevinc və ruh yük­səkliyi ilə qarşılan­ıb.
Dövlət Sərhəd Xidmətindən Azvision.az -a verilən məlumata görə, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki “Çaxırlı” və “Mah­­mudlu” sərhəd zastavaları üzərində 16 oktyabr tarixində Azərbay­can Res­publika­sı­nın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koman­danı İlham Əliyevin tapşırığına əsasən dövlət bayrağı ucaldılıb və bu sərhəd zastava­larının xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə təntənəli mərasim təşkil edilib.





Mərasimdə Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyevin Ali Baş Koman­danlığı altında Ermənistan silahlı qüv­vələrinin əzəli Azərbaycan tor­paq­­ların­dan qovulması üzrə döyüş əmə­liyyatlarında Azərbaycan sər­həd­­çilə­ri­nin də şərəflə iştirak etməsi və Silahlı Qüvvələrin digər növləri ilə birlikdə düş­mənə sarsıdıcı zərbələr endirməsi xüsusi qeyd edilib.



Dövlət sərhəd xəttində xidmət aparan hər bir sərhədçi zabitin, gi­zirin, çavuşun və əsgərin də düşmənə qarşı döyüş tap­şırıq­la­rını yerinə yetirməyə hazır olmaları vurğulanıb, şəxsi heyətin döyüş ruhu­nun son dərəcə yüksək olması, hərbi qulluqçulardan döyüş bölgəsinə gön­də­rilmə barə­də çoxsaylı müraciətlərin daxil olması bildiril­ib.



1993-cü ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələri tərə­fin­dən işğal olunmuş və 27 ildən sonra azad edilmiş həmin ərazidə dövlət sərhədinin mühafizəsi Dövlət Sər­həd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin şəxsi heyəti tərəfindən təşkil olunub.



Yaxın müddətdə işğaldan azad ediləcək digər sərhəd zastava­la­rında sərhəd mühafizə tədbirlərinin həyata keçirilməsinə hazırlıq təd­birləri davam etdirilir.





Azvision.az

Teqlər: DSX   Cəbrayıl   Sərhəd