Xızıda S-300 raketinin qalıqları aşkar edildi

 Xızıda S-300 raketinin qalıqları aşkar edildi
  18 Oktyabr 2020    Oxunub:2702
Bu gün saat 13:00 radələrində Xızı rayonu ərazisinə S-300 raketinin qalıqlarının düşməsi barədə məlumat daxil olub. Sitalçay ərazisində S-300 raketinin qalıqları aşkarlanıb.
Azvision.az xəbər verir ki, bunu Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib. Onun sözlərinə görə, hazırda raketin hissələrinin götürülməsi həyata keçirilir.

Qeyd edək ki, Ermənistanın atdığı raket Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulub.

Azvision.az


Teqlər: ANAMA   Xızı   Raket  





Xəbər lenti