Baş Nazir gürcüstanlı həmkarını təbrik edib

Baş Nazir gürcüstanlı həmkarını təbrik edib
  02 Noyabr 2020    Oxunub:1758
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov noyabrın 2-də Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Baş Nazir Əli Əsədov Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə Baş Nazir Giorgi Qaxariyanı təbrik edib.

Bu qələbənin hakim partiyanın uğurlu siyasətinə dost Gürcüstan xalqı tərəfindən verilən yüksək qiymətin təcəssümü olduğu vurğulanıb, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına bundan sonra da töhfə verəcəyinə əminlik ifadə olunub.

Azvision.az


Teqlər: Baş-Nazir   Gürcüstan  





Xəbər lenti