II-XI siniflərdə summativ qiymətləndirmə distant olacaq

  II-XI siniflərdə summativ qiymətləndirmə distant olacaq
  20 Yanvar 2021    Oxunub:4028
II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən distant formada yarımilin sonunda bir dəfə olmaqla aparılacaq.
Təhsil Nazirliyindən Azvision.az-a verilən məlumata görə, summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçüləcək və qiymətləndirmədə test, inşa, çalışma, şifahi sorğu, yaradıcılıq və əl işləri, layihə kimi vasitələrdən istifadə olunacaq. 45-60 dəqiqə ərzində təşkil olunan summativ qiymətləndirmə nəticəsində müəyyən edilmiş ballar şagirdlərin yarımillik balları və qiymətləri hesab olunacaq və sinif jurnalında müvafiq qaydada yazılacaq.

Xatırladaq ki, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinə dair Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib.

Azvision.az


Teqlər: Təhsil   Summativ  





Xəbər lenti