Medvedyev: “Ukrayna bizim üçün təhlükəlidir”

Medvedyev: “Ukrayna bizim üçün təhlükəlidir”
  24 Fevral 2014    Oxunub:869
Rusiya Kiyevdəki səfirini geri çağırıb.
“RF səfirinin Kiyevdən geri çağırılması o deməkdir ki, Ukraynadakı vəziyyət bizim üçün anlaşılmazdır, Rusiyanın maraqları və vətəndaşlarımızın həyatı üçün təhlükə var”- Rusiyanın baş naziri Dmitriy Medvedyev ölkəsinin Kiyevdəki səfirini məsləhətləşmə üçün geri çağırmasını şərh edərkən belə deyib. D. Medvedyev bu ölkədəki vəziyyətdən son dərəcə narahat olduğunu dilə gətirib.

“ Kiyevdəki səfirimiz məsləhətləşmələr üçün geri çağırılıb. Diplomatik təcrübədə bunun nə olduğunu demək mənə düşməz. Hər şey aydındır”-deyə baş nazir Soçidə jurnalistlərin suallarını cavblandırarkən bildirib.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti