“Avropa və ABŞ ölümcül səhvlərə yol verdi” - Bill Qeyts

“Avropa və ABŞ ölümcül səhvlərə yol verdi” -  Bill Qeyts
  25 Mart 2021    Oxunub:6434
“Microsoft”un qurucusu Bill Qeyts Avropa və ABŞ-ın koronavirus pandemiyasının ilk mərhələlərində ölümcül səhvlərə yol verdiyini hesab edir.

Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Qeyts TVN kanalına müsahibəsində deyib.
O bildirib ki, özü və digər şəxslər vəziyyətlə bağlı xəbərdarlıq edib, tövsiyələrini veriblər.

"Az məbləğə tədbirlər hazırlayıb, problemin qarşısını almaq olardı. Ancaq təəssüf ki, tövsiyə edilənlər həyata keçirilmədi. PCR texnologiyası çox dəqiq test keçirməyə imkan verir və epidemiyanın başlanğıc mərhələsində kifayət qədər insan test edilsəydi, müsbət nəticə göstərənlər karantinə alınsaydı, bu qədər geniş kilidlənməyə səbəb olan eskalasiyadan qaçmaq olardı.

Avstraliya, Cənubi Koreya və Yeni Zelandiya kimi bir neçə ölkə bunu çox yaxşı bacardı. Təəssüf ki, Avropanın, Cənubi Amerikanın böyük hissəsi və ABŞ bunu etmədi, əvəzini çox yüksək həddə ödədik".

Qeyts hesab edir ki, erkən mərhələdə sərmayə qoyulmalı idi, o zaman bu qədər maliyyə tələb olunmayacaqdı:

"Hətta epidemiya zərbə vuranda belə bu cür şansımız var idi, dünya liderləri buna əvvəlcədən hazırlaşsaydılar, heç olmasa doğru elm adamlarına müraciət etsəydilər, testlərin sayını artırıb, təcrid olunmaya diqqət etsəydilər, o zaman ölkələr bunun öhdəsindən daha yaxşı gələ bilərdilər".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BillQeyts  





Xəbər lenti