Uels millisinin nümayəndələri Bakıya gəlib - FOTO

Uels millisinin nümayəndələri Bakıya gəlib -    FOTO
  18 Aprel 2021    Oxunub:2506
“Avro-2020”nin final mərhələsində 2 qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək futbol üzrə Uels milli komandasının 8 nəfərlik nümayəndə heyəti Bakıda səfərdə olub.
Azvision.az AFFA-ya istinadla xəbər verir ki, iki günlük səfər çərçivəsində təşkilatı məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.

Uelsli qonaqlar məşqlərin keçirəcəyi meydanlara və komandanın məskunlaşacağı otelə baxış keçirib, həmçinin Bakı Olimpiya Stadionunda olublar.

Qeyd edək ki, Uels milli komandası “Avro-2020”nin “A” qrupunda iyunun 12-də İsveçrə, iyunun 16-də isə Türkiyə yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.



Azvision.az


Teqlər: AFFA   Uels  





Xəbər lenti