Oğurladığı maşınla tutuldu

Oğurladığı maşınla tutuldu
  04 May 2021    Oxunub:2456
Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə müraciət edən paytaxt sakini M.Dadaşov mayın 3-də saat 1 radələrində Keşlə qəsəbəsindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini F.Bayramov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti