UTX rəsmilərinin yaydığı xəbərə görə, o, Rusiya Baş Kəşfiyyat İdarəsinə (QRU) işləyib və Donbasdakı Ukrayna qoşunları haqqında informasiyalar toplayırmış. Hələlik adı açıqlanmayan agent elektron kanallar vasitəsilə kəşfiyyat məlumatlarının ötürülməsi zamanı saxlanılıb. Şübhəli şəxs pul mükafatı müqavilində Ukrayna Silahlı Qüvvələrinə aid qoşunların yerləşməsini, hərəkətlərini və şəxsi heyətinin sayını izləyirmiş.
UTX -ya görə, rus "kuratorlar" Ukraynanın ən yeni silahları və hərbi texnikası haqqında məlumatla maraqlanırlarmış. O, elektron kanallar vasitəsilə kəşfiyyat məlumatlarının ötürülməsi zamanı saxlanılıb.
Tural Tağıyev
Azvision.az