Əfqanıstan daha narkotik maddə istehsal etməyəcək

   Əfqanıstan daha    narkotik maddə    istehsal etməyəcək
  17 Avqust 2021    Oxunub:2744
Əfqanıstan narkotik istehsalını dayandıracaq. Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabiullah Mücahid söyləyib.
“Əfqanıstan heç bir narkotik maddə növü istehsal etməyəcək... Artıq heç kim narkotik qaçaqmalçılığının təşkilində iştirak edə bilməyəcək... Bundan sonra Əfqanıstan narkotikdən azad bir dövlət olacaq”, - Zabiullah Mücahid mətbuat konfransında bəyan edib.

“Taliban” nümayəndəsi deyib ki, bu məqsədə çatmaq üçün ölkə sakinlərinə başqa məhsullar yetişdirmək şəraiti yaradılmalıdır. Bundan ötrü beynəlxalq yardıma ehtiyac duyulacaq.

Azvision.az


Teqlər: Əfqanıstan   Narkotika  





Xəbər lenti