Baydenə qarşı impiçment tələbi
Onun sözlərinə görə, Konqresə təqdim etdiyi qətnamə layihələrindən biri Baydenin on min amerikalını Əfqanıstanda Talibanın hakimiyyəti altında buraxmasıyla bağlıdır və bu səbəbdən onun hakimiyyətdən uzaqlaşdırılması vacibdir. Bundan əlavə, Qrin hesab edir ki, prezident cənub sərhədində immiqrasiya qanunlarını pozaraq, böhrana yol verib və kirayəçilərin evlərindən çıxarılmasına qoyulan moratoriumu uzatmaqla Ali Məhkəmənin mövqeyinə zidd olaraq qanunverici səlahiyyətləri mənimsəyib.
"Jo Baydenin prezident olduğu yeddi ayda Amerika bütün dünyada nüfuzdan düşüb. Sübutlar göz qabağındadır və onun hərəkətləri o dərəcədə rüsvayçıdır ki, impiçment vacibdir", - Qrin deyib.
Lakin onun təşəbbüsünün uğur qazanma şansı azdır, çünki Konqresin hər iki palatasını Baydenin Demokrat Partiyasındakı tərəfdaşları idarə edir.
Qrin öz konspiroloji nəzəriyyələri ilə ictimaiyyəti dəfələrlə çox şoka salan, koronavirusun təhlükəsini, ona qarşı sanitar qaydaları şübhə altına alan siyasətçidir. Bu səbəbdən “Twitter” onu bir neçə dəfə bloklayıb. O, bir dəfə maska rejimini Holokost dəhşətləri ilə müqayisə edib, amma sonradan sözlərini geri götürərək, üzr istəyib.
Nadir Quliyev
Azvision.az