15 minə yaxın sakin həkim müayinəsindən keçdi

15 minə yaxın sakin həkim müayinəsindən keçdi
  25 Mart 2014    Oxunub:1165
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası Ağdaş rayonunda da uğurla davam etdirilir.

Ağdaş Rayon Mərkəzi Xəstəxanasında sakinlərin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılmışdır. Əhalinin sağlamlığının qorunması məqsədilə bu mühüm aksiyanın uğurla təşkili üçün rayon icra hakimiyyəti başçısının sərəncamı ilə xüsusi komissiya yaradılmış, tibb ocaqlarında müvafiq iş qrafiki tərtib olunub.

AzVision.az xəbər verir ki, xəstəxananın baş həkimi Nuru Nuriyev AzərTAc-a bildirib ki, əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı ölkə Prezidentinin verdiyi göstəriş xalqımızın sağlamlığına, uzunömürlülüyünə dövlət qayğısının təzahürüdür. Bu diqqət və qayğının sakinlər tərəfindən fərəhlə qarşılandığını qeyd edən baş həkim demişdir ki, fevralın 17-dən martın 25-dək Ağdaşda keçirilən səhiyyə aksiyası zamanı 15 minə yaxın rayon sakin tibbi müayinədən keçirildi. Vətəndaşlardan 34 nəfəri stasionar, 720 nəfəri ambulator müalicəyə cəlb edilib, 11 nəfər müalicə üçün Bakı şəhərinə göndərilmişdir. Bəzi sakinlərə 6 aydan sonra təkrar tibbi müayinə üçün xəstəxanaya gəlməsi tövsiyə edilib.

Müayinə edilən rayon sakini Akif Hacızadə müayinələrin təşkilinə, xəstəxanada yaradılan şəraitə görə çox sevindiyini bildirmişdir. “Mən tibbi yoxlamadan keçdim və qısa vaxt ərzində müayinənin cavabını da aldım. Səhhətimlə bağlı suallarıma həkimlər ətraflı cavab verdilər. Əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdaram”.

Tibbi müayinə olunan rayon sakini Lətif Mustafayev deyib. “Bu müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Mən yüksək səviyyədə təşkil olunan tibbi müayinə aksiyasından çox razı qaldım. Həkim və tibb işçilərinin rəftarı, bilik və bacarıqları məndə xoş təəssürat yaratdı. İnsanların sağlamlığına xidmət edən bu tədbirə görə dövlət başçısına təşəkkürümü bildirirəm”.


Teqlər:





Xəbər lenti