Putin: “NATO-nun Rusiya sərhədləri boyunca fəaliyyətinə reaksiya verəcəyik”

    Putin:    “NATO-nun Rusiya sərhədləri boyunca fəaliyyətinə reaksiya verəcəyik”
  18 Noyabr 2021    Oxunub:1368
"NATO fəal şəkildə bütün dialoq mexanizmlərini pozub. Təbii ki, biz NATO üzvlərinin Rusiya sərhədlərinin perimetri boyunca hərbi fəaliyyətinə reaksiya verəcəyik".

AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin (XİN) kollegiya iclasında deyib.
O bildirib ki, bir müddət əvvəl Rusiya diplomatlarının alyansa üzv olan ölkələrdən deportasiya edilməsinə baxmayaraq, artıq əməkdaşlıq etməklə bağlı bəzi siqnallar verilməkdədir.

"Amma əsas odur ki, Brüssel başa düşsün ki, hərbi-siyasi gərginliyin azalması təkcə Rusiyanın deyil, həm də bütün Avropanın, bütövlükdə dünyanın maraqlarına cavab verir".

AzVision.az


Teqlər: Rusiya   NATO  





Xəbər lenti