Əsgər anaları Paşinyandan prokurorluğa şikayət yazdılar - FOTOLAR
Bu gün müharibədə öldürülmüş hərbçilərin valideynləri Paşinyanın bu etirafını əldə əsas tutaraq ona qarşı cinayət işi açılmasını tələb edib. Etiraz aksiyası keçirənlər Jori hərbi hissəsinin D-20 artilleriya batalyonunun həlak olan hərbçilərin yaxınları olub. Etirazçılar məlum açıqlama əsasında Baş Prokurorluğa Nikol Paşinyanın onların oğlanlarını bilərəkdən ölümə göndərməsi barədə ifadə xarakterli məlumat veriblər.
"Zərərçəkmişlərdən birinin xalası Anahit Manasyan deyib ki, 69 qurbanın valideynləri və yaxınları bu şikayətə qoşulub", - yerli media aksiya ilə bağlı yazıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: