Ukrayna mediası Rusiya hərbçilərinə qarşı həyata keçirilən uğurlu və qeyri-adi əməliyyat haqqında məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar ukraynalı hərbçilərin rusları izləyərək onlara havadan dronlar vasitəsilə qumbaralar atdıqlarını yazıblar.
"Hiyləgər əməliyyatla bağlı yayılan videoda aşkar görünür ki, bir qrup rus hərbçi Ukrayna kəndlərindən birində mövqelənməyə çalışır. Lakin Drondan buraxılan ilk qumbara düz qrupun yanına düşür. İki əsgər ağır yaralandığı üçün yerindən tərpənə bilmir. Digər biri isə ayağını bağlayaraq əsgər yoldaşı ilə qaçmağa cəhd edir. Onlar avtomobilə minən zaman drondan zərgər dəqiqliyi ilə atılan növbəti qumbara düz avtomobilin içinə düşür. Nəticədə daha üç hərbçi ölümcül mərmi yaraları alır", - saytlar yazıb.
Bəzi ukraynalı hərbi ekspertlər isə məlum hiyləgər hücumu əks etdirən videogörünütüləri paylaşaraq əməliyyata rəmzi məna daşıyan "Kiyev kotleti" adını veriblər. Bundan başqa əməliyyat zamanı rusların yaralanan əsgər yoldaşlarını döyüş meydanında qoyub qaçmaları da qınanılıb.