Nijni Novqorodda hərbi komissarlıq, Tolyattidə isə adminstrasiya yandırılıb

   Nijni Novqorodda hərbi komissarlıq, Tolyattidə isə adminstrasiya   yandırılıb
  22 Sentyabr 2022    Oxunub:1127
Rusiyanın Tolyatti şəhərinin Belorusskaya küçəsində yerləşən şəhər administrasiyası hücuma məruz qalıb. AzVision.az xəbər verir ki, bu barədə Samara nəşri olan "Nesluxi.rf" məlumat yayıb.
Qeyd edilir ki, binanın qapısı və eyvanı yandırılıb.

Tolyatti administrasiyası jurnalistlərə yanğın faktını təsdiqləyib və polisin araşdırma apardığını deyib.

Rusiyada səfərbərlik: Bir nəfər hərbi komissarlığın pəncərəsindən qaçıb
Fövqəladə Hallar Nazirliyinin Samara vilayəti üzrə rəhbərliyindən verilən məlumata görə, yanğın barədə məlumat səhər saat 3:44-də daxil olub. 10 kvadratmetr ərazini əhatə edən yanğın 20 dəqiqə ərzində söndürülüb. Hadisə yerindən "Molotov" kokteylləri tapılıb.

Nijni Novqoroddakı Alyoşa Peşkov küçəsində yerləşən hərbi komissarlığın binasında dayanğın baş verib. Burada təşkil olunan hücum zamanı da binaya "Molotov" kokteylləri atılıb.

Qeyd edək ki, sosial şəbəkələrin Rusiya seqmentində bu hadisələr qismən səfərbərliklə əlaqələndirilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Yanğın  





Xəbər lenti