"Sabiq nazirin 210 əmlakı müsadirə olunacaq" - Ermənistan Baş prokurorluğu

   "Sabiq nazirin 210 əmlakı müsadirə olunacaq" -    Ermənistan Baş prokurorluğu
  08 Oktyabr 2022    Oxunub:951
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın (2008-2018) hakimiyyəti dövründə ölkənin Dövlət Gəlirləri Komitəsinin sədri və maliyyə naziri olmuş Qaqik Xaçatryan və onunla əlaqəli şəxslərin qeyri qanuni əldə edilmiş 210 daşınmaz əmlakı aşkarlanıb.
. AzVision.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda qeyd edilib ki, müsadirə edilməli olan əmlakın 70-ı paytaxt İrəvanda yerləşir. Bundan əlavə, prokurorluq 14 avtomobilin və 40 milyard dramdan çox pulun (99 milyon 441 min dollar) müsadirə edilməsi tələbini də irəli sürüb.

Xatırladaq ki, Q.Xaçatryan və oğulları Ermənistanın Cinayət Məcəlləsini pozaraq rüşvət almaqda ittiham olunurlar. Q.Xaçatryan əhəmiyyətli vəzifələrinə görə “super nazir” kimi tanınır. O, 2008-2014-cü illərdə Dövlət Gəlirləri Komitəsinin sədri, 2014-cü ildən 2016-cı ilə qədər isə maliyyə naziri vəzifələrində çalışıb. Sabiq məmur 2019-cu ilin 30 avqustunda həbs edilib. O, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.

Q.Xaçatryan S.Sarkisyanın (2008-2018-ci illər) komandasının əsas siyasi fiqurlarından olub.

AzVision.az


Teqlər:





Xəbər lenti