Koçaryanın deputatı mandatından imtina etdi

 Koçaryanın deputatı mandatından imtina etdi
  25 Noyabr 2022    Oxunub:1062
Ermənistan parlamentinin müxalif “Hayastan” fraksiyasının deputatı Aram Vardevanyan mandatından imtina edib. AzVision.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat yayıb.
Deputat qeyd edib ki, noyabrın 25-də müvafiq bəyanat verəcək. Vardevanyan vurğulayıb ki, bu, onun şəxsi qərarıdır. Lakin şəxsi qərar olmasına baxmayaraq, o, bunu fraksiyadakı həmkarları ilə müzakirə edib.

Xatırladaq ki, Aram Vardevanyan 2021-ci ildə keçirilən növbədənkənar seçkilər zamanı ölkənin ikinci prezidenti, hərbi cani Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” (Ermənistan-red.) blokunun proporsional siyahısı ilə parlamentə seçilib.

Qeyd edək ki, Ermənistanda deputatların mandatdan imtina etməsi halları İkinci Qarabağ müharibəsindən sonra daha çox yaranıb. Bunu ölkədəki ciddi siyasi böhranla əlaqələndirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Deputat  





Xəbər lenti