`ASAN xidmət`in funksiyalarını genişləndirməyi nəzərdə tuturuq` - PREZİDENT

`ASAN xidmət`in funksiyalarını genişləndirməyi nəzərdə tuturuq` - PREZİDENT
  15 May 2014    Oxunub:898
`Biz təkcə dünyadakı mövcud innovasiyaları tətbiq etməklə kifayətlənmirik, həm də bir sıra yeniliklərin təşəbbüskarı kimi çıxış edirik. Bu mənada Azərbaycanın "brendi" hesab oluna biləcək Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini və onun tabeliyində yaradılan "ASAN xidmət" mərkəzlərini xüsusi qeyd etmək istəyirəm`.

Bu sözləri Prezident İlham Əliyev "The Business Year" nəşrinə müsahibəsində deyib. Dövlət başçısı əlavə edib ki, "ASAN xidmət"in fəaliyyət sferasına dövlət orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir.

`Bu xidmət dövlət-vətəndaş münasibətlərinə yeni yanaşmanın mütərəqqi modelidir və hazırda 25 növ hüquqi xidmət həyata keçirir. Təsadüfi deyil ki, cəmi bir il ərzində xidmətə bir milyondan çox müraciət olmuşdur. Ona görə də biz qarşıdakı dövrdə "ASAN xidmət"in funksiyalarını daha da genişləndirməyi nəzərdə tuturuq`,- deyə dövlət başçısı əlavə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti