İlham Əliyev Çinə gedir

İlham Əliyev Çinə gedir
  15 May 2014    Oxunub:968
Azərbaycan prezidenti İlham Əliyev Asiyada Etimad və Qarşılıqlı Əməkdaşlıq Müşavirəsi forumunun sammitində iştirak etmək üçün Çinə səfərə gedir.
Virtualaz.org saytı Pekin mənbələrinə istinadən xəbər verir ki, sammit mayın 21-də keçiriləcək. Gözlənilir ki, Asiyada Etimad və Qarşılıqlı Əməkdaşlıq Müşavirəsinin IV sammitində 46 dövlətin və beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək.

O cümlədən 11 dövlət başçısı, 2 baş nazir və 10 beynəlxalq təşkilatın rəhbərinin iştirakı gözlənilir. Sammitdə iştirak üçün Qazaxıstan, Azərbaycan, Rusiya, Qırğızıstan, İran, Özbəkistan, Tacikistan, Türkiyə, Əfqanıstan, Monqolustan, Şri Lanka prezidentlərinin Şanxaya səfər edəcəyi diplomatik kanallarla təsdiqlənib.

Habelə İraqın və Kambocanın baş nazirləri sammitə qatılacaq. Sammiti Çin Xalq Respublikasının sədri Si Tszipin açacaq. Sammitdə foruma sədrlik 2014-2016-cı illər ərzində Türkiyədən Çinə keçəcək. Türkiyəni sammitdə kimin təmsil edəcəyi məlum deyil, belə ki, bu ölkənin baş naziri ölkədəki şaxta fəlakəti ilə bağlı xarici səfərlərini təxirə salıb.


Teqlər:





Xəbər lenti