"Qardaşım tərlədiyimi görüb mənə güldü" - Şahzadə Harri
"Ləğv edilməsi mümkün olmayan bir çıxışı etməliydim. Mən az qala huşumu itirirdim". Harri əlavə edib ki, bu səbəbdən böyük qardaşı Şahzadə Uilyam Harrinin hər tərəfinin tərlədiyini qeyd edərək ona gülüb.
Eyni zamanda, Harrinin sözlərinə görə, həm Şahzadə Uilyam, həm də həyat yoldaşı Keyt Middlton onun ilk panik atakının şahidi olublar.
“Biz qardaşımın maşınında Qlosterşirdə polo yarışına gedirdik. Mən arxa oturacaqda idim və Villi arxa görüntü güzgüsündə məni gördü. Gördüm necə tərləyirəm, qızarıram. O soruşdu: "Yaxşısan, Harold?". Xeyr, yaxşı deyildim”,- deyən şahzadə əlavə edib ki, hər bir neçə kilometrdən bir qardaşından maşından düşmək və nəfəsini almaq üçün dayanmasını xahiş etmək istəyirmiş.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: