Meriya mitinqə icazə vermədi rəsmi CAVAB

Meriya mitinqə icazə vermədi rəsmi CAVAB
  15 May 2014    Oxunub:1174
Bakı Şəhər İcra Hakimiyyəti müxalif gənclərin mayın 18 mitinqi ilə bağlı müraciətində cavab verib.

Bu barədə AzVision.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, müraciətə icra hakimiyyətində baxılıb və BŞİH Yasamal rayonu İdman Sağlamlıq Kompleksinin stadioununda planlaşdırılan mitinqin keçirilməsini məqsədəuyğun deyil.

`Sizin amorf şəkildə olan müraciətinizdə hansı siyasi partiyanı, ictimai təşkilatı və ya birliyi təmsil etdiyiniz məlum olmadığından, müraciətdə göstərilən altı nəfər tərəfindən üç min nəfərlik toplantının təşkili ictimai asayişin qorunması, iğtişaş və ya cinayətlərin baş verməməsi əhalinin sağlamlığının mühafizəsi, habelə iştrakçılarının təhlükəsizliyinin təmin edilməsi üçün çətinlik yarada bilər`,- deyə Bakı Şəhər İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun göndərdiyi məktubda vurğulanıb.

AzVision.az




Teqlər:  



Xəbər lenti