Müsavat meriyanın qərarını müzakirə edəcək
Müsavat Partiyasının BŞİH-in qərarında göstərilən tarixdə qurultay keçirib-keçirməyəcəyi isə hələlik mılum deyil. Partiyanın başqan müavini Gülağa Aslanlı AzVision.az-a açıqlamasında bildirib ki, bunu Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi müzakirə edəcək: “Mayın 24-də qurultayın keçirilib keçirilməyəcəyinə Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi qərar verəcək. Bu barədə müzakirənin nə vaxt aparılacağını isə dəqiq bilmirəm”.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının VII qurultayının keçirilməsi üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evini təklif edib. BŞİH ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun Müsavat başqanı İsa Qəmbərə ünvanladığı məktubda deyilir ki, 24 may 20174-cü ildə saat 10:00-dan 18:00-ədək partiya adı çəkilən mədəniyyət evində qurultayını keçirə bilər.
Fatimə Kərimli







Vaxtında, Aydın, Lazımlı!


