“İlham Rəhimov, kimi aldadırsan?” – REAKSİYA
`Düzü, 60 yaşında qoca bir kişinin bu dərəcədə bəsit cavab verəcəyini düşünmürdüm. O, gah deyir ki, Qarabağın açarı Rusiyanın əlindədir, gah da deyir ki, biz özümüz bu məsələni müharibə yolu ilə həll etməliyik. İlham Rəhimovun iddiasına görə, əgər Azərbaycan öz torpaqlarını azad etmək üçün müharibəyə başlayarsa, Rusiya bitərəf qalacaq.
Rusiya bitərəf qalacaq?!!! Kimi aldadırsan?! Rusiya sənin iddia etdiyin kimi bitərəfdirsə, yaxud Azərbaycan hətbi əməliyyatlara başlayacağı təqdirdə bitərəf qalacaqsa, o zaman Azərbaycan rəsmilərinin hətta müharibə ehtimalları ilə bağlı səsləndirdiyi hər bəyanatdan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın və rus generallarının hədə-qorxu xarakterli açıqlamalarını kimin adına yazaq? Bütün günü rus genralları Azərbaycanı hədələyir ki, müharibə etsəniz...
Niyə unudursunuz ki, Azərbaycan Ermənistana gecə-gündüz yardım edən İranla qonşudur. İranın Azərbaycana münasibəti bəllidir... Digər tərəfdən Qərbin Azərbaycana təklif etdiyi “Madrid prinsipləri” birbaşa Ermənistanın xeyrinədir. Həm də Azərbaycanda referendumun keçirlməsi konstitutsiyasına ziddir. Qərb və Avropa da Azərbaycanın müharibə aparmasının əleyhinədir...Bütün təhlilər göstərir ki, müharibə Azərbaycanı hansı vəziyyətlə qarşılaşdıra bilər. Belə olan təqdirdə, İlham Rəhimov, siz özünüzü bu iqtidarın başında duran Azərbaycanın Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevdən cəsarətli, siyasi yetkin, bacarıqlı və digər baxımdan üstün hesab edirsiniz?! Şəxsən mən bunun əksini düşünürəm!!!”







Vaxtında, Aydın, Lazımlı!


