Ermənistan Azərbaycan vətəndaslarina mülk satır? - Ötən il 2 əmlak alınıb
Bildirilib ki, Azərbaycan vətəndaşları İrəvandakı çoxmənzilli binaların birindən mənzil və Lori rayonunda bir fərdi yaşayış evi alıblar. Eyni zamanda 2022-ci ildə Türkiyə vətəndaşları İrəvandakı çoxmənzilli binalarda 11 daşınmaz əmlak alıblar.
Mənzil alan şəxslırin vətəndaşlığı bildirilsə də, onların milliyyəti Kadastr Komitəsinin hesabatında göstərilmir.
Bundan əvvəl 2010-2021-ci illərdə Ermənistanda Türkiyə vətəndaşlarına dair daşınmaz əmlak hüququnun qeydiyyatı ilə bağlı ümumilikdə 71, Azərbaycan vətəndaşları isə 6 əməliyyat həyata keçirdikləri barədə məlumat yayılmışdı.
Qeyd edilirdi ki, Azərbaycan vətəndaşları 2012 (2), 2018, 2019-cu illərdə mənzil alıblar. Daha bir mənzil hədiyyə olaraq verilib (2012-ci il).
Türkiyə vətəndaşları isə göstərilən müddət ərzində Ermənistanda 53 mənzil alıb, 1-i hədiyyə edilib, 1-i isə dəyişdirilib. Bundan əlavə onlar 5 fərdi yaşayış evi, 1 qaraj, 7 ictimai obyekt, 3 torpaq sahəsi də alıblar.
Aytən Zəhra
AzVision.az
Teqlər: