Vladimir Putin Braziliyada həbs oluna bilər

   Vladimir Putin Braziliyada həbs oluna bilər
  23 Mart 2023    Oxunub:947
Rusiya Prezidenti Vladimir Putin Braziliyaya səfər etsə, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilən order əsasında həbs oluna bilər.
Bu barədə AzVision.az Braziliyanın xarici işlər naziri Mauro Vieyranın bəyanatına istinadən xəbər verir.

“Beynəlxalq Cinayət Məhkəməsi üzvü olan ölkəyə səfər edən hər kəs problemlərlə üzləşə bilər, buna şübhəm yoxdur”, - deyə nazir bildirib. Nazir Putinin ölkədə həbs olunmasının mümkünlüyünü bildirib, lakin əlavə edib ki, onun bu məsələ ilə bağlı rəsmi mövqeyi yoxdur.

Onun sözlərinə görə, Braziliya Beynəlxalq Cinayət Məhkəməsi qaydalarına hörmət edir və onlara əməl edir. O, ölkəsinin Rusiyanın Ukraynaya təcavüzünü pislədiyini də xatırladıb.

Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin Haaqadakı məhkəməyə hazırlıq palatası Rusiya prezidenti Vladimir Putin və prezidentin uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün order verib.

Qeyd olunub ki, bu şəxslər əhalinin, xüsusən də uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiyası və köçürülməsindən ibarət olan hərbi cinayətlərdə iştirak edə bilərlər.
AzVision.az



Teqlər:





Xəbər lenti