Zahid Oruc: “Mənəviyyat pulla ölçülmür”
Azərbaycan Parlamentinin bir qrup deputatının Somaya yardım etməsindən söz açan Z.Oruc vurğulayıb ki, Türkiyə dünya dövlətlərindən yardım istəməyib:
“Bu cəhətdən hesab edirəm ki, məsələyə kütləvi kampaniya xarakteri vermək və hamıdan bunu tələb etmək, insanların daha humanist olduğunu məhz bu meyarla göstərmək çox yalnış münasibət olardı. Real siyasi mənəvi həmrəyliklərdir və s. Bu mövqe kiminsə maddi köməyinə qarşı münasibət deyil, bir daha vurğulayıram ki, bunu çox təqdir edirik, amma ən başlıca məsələ odur ki, Türkiyə xalqı özü də bu faciənin fəsadlarını aradan qaldırmaq üçün özünü bütün imkanlarını səfərbər elədi”.
Millət vəkili qeyd edib ki, bu faciə Azərbaycan və Türkiyə xalqlarının birliyini nümayiş etdirdi: “Biz də orada yaxınları həlak olan ailələr kimi narahat olduq və bu acını onlarla paylaşdıq. Zənn edirəm ki, Azərbaycandan da məsələyə baxış, elə təkcə mənəvi yardımın göstərilməsi özü də mühüm göstərici idi. Zərurət olacaqsa, Azərbaycanın sıradan insanları, o cümlədən parlament üzvləri də öz imkanlarını, resurslarını səfərbər etməyə hazırdır”.
Qeyd edək ki, Milli Məclisin 20-dən çox deputatı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı Somaya yardım kampaniyasına qoşularaq maddi yardım ayırıb.
Fatimə Kərimli







Vaxtında, Aydın, Lazımlı!


