Rusiya Belarusa “İsgəndər” verdi
Şoyqunun sözlərinə görə, aprelin 3-də Rusiya poliqonlarından birində Belarus hərbçilərinin “İsgəndər”in idarə olunması üzrə təlimləri başlayıb.
Müdafiə naziri onu da bildirib ki, respublikanın yerüstü hücum təyyarələrinin bir hissəsi düşmən hədəflərinə nüvə silahı ilə hücum edə bilib.
2022-ci il iyunun 25-də Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar zamanı Moskvanın “İsgəndər-M” raket sistemlərini Minskə təhvil verəcəyini bəyan edib. Rusiya lideri görüşdə komplekslərin həm ballistik, həm də qanadlı raketlərdən istifadə etmək qabiliyyətinə malik olduğunu vurğulayıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: