“Həkimlər Aqşini görəndə dəhşətə gəldilər”

“Həkimlər Aqşini görəndə dəhşətə gəldilər”
  24 May 2014    Oxunub:1616
“Aqşin Yeniseyə hələ dəqiq diaqnoz qoyulmayıb, cavablar axşam bilinəcək”
Bunu AzVsiion.az-a açıqlamasında şairin keçmiş həyat yoldaşı yazar Aysel Əlizadə bildirib.
O, qeyd edib ki, hazırda I saylı Kliniki Xəstəxadana yerləşdirilən şairin durumu elə də pis deyil: “ İştahası yox idi, yemək yeyə bilmirdi. Bu gün özü yemək yemək istədi. Hələ ki, ilkin müayinədən keçib”.
Şairin həyati təhlükəsi ilə bağlı məsələyə aydınlıq gətirən Aysel Əlizadə bildirib ki, xəstəxanaya getməsəydi, nəticəsi daha pis ola bilərdi:
“Mən dünən onu həkimlərə daşıyanda, həkimlər vəziyyətini görüb dəhşətə gəlirdilər. Hələki, dəqiq diaqnoz qoyulmayıb, cavablar axşam bilinəcək”.

Qeyd edək ki, tanınmış şair Aqşin Yeniseyin səhhətində ciddi problemlər yaranıb. Aqşin yaxınlarının köməyilə xəstəxanasına yerləşdirilib. Şairin qohumlarının verdiyi məlumata görə, onun ciyərlərində problem var və bir müddət xəstəxana şəraitində müalicə almalıdır.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti